Bakının Baş planının ilkin layihəsi aidiyyəti təşkilatlara göndərilib

Bakının Baş planının ilkin layihəsi aidiyyəti təşkilatlara göndərilib
# 16 oktyabr 2020 17:31 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının ilkin layihəsini təkmilləşdirilməsi prosesi çərçivəsində aidiyyəti təşkilatlara və ixtisaslaşmış dairələrə təqdim edib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, bununla bağlı təşkil olunmuş müzakirələrdə Baş plana əsasən paytaxtın yeni nəqliyyat sistemi və küçə-yol şəbəkəsinin 2020-2040-ci illər ərzində inkişafı hədəfləri haqqında təqdimat edilib, Bakı sakinlərinin mobilliyini təmin etmək məqsədilə sənəddə öz əksini tapmış çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi, mühəndis-kommunikasiya təminatı sistemləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Vurğulanıb ki, bu hədəflərin reallaşması məqsədi ilə Baş planda küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, velosiped yolları şəbəkəsinin qurulması, xüsusi avtobus zolaqları sisteminin genişləndirilməsi və yeni tranzit qovşaqlarının yaradılması, metro, dəmiryolu nəqliyyatının inkişaf etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın Baş planının yekun layihəsinin hazırlanması işi çərçivəsində digər aidiyyəti qurumlarla da müvafiq təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR