Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirilib - FOTO

Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirilib - FOTO
# 30 dekabr 2020 14:39 (UTC +04:00)

Paytaxtın kommunal xidmətləri üçün daha 10 ədəd kommunal təyinatlı avtonəqliyyat vasitəsi gətirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən "APA-Economics"ə bildirilib ki, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq.

Qeyd edək ki, ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin 16-sı noyabr ayında Bakıya gətirilib və istismara buraxılıb.

Texnika sayının artırılması paytaxtın müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi Bakının sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR