Bakıya əlavə 300 müasir avtobus gətiriləcək

Bakıya əlavə 300 müasir avtobus gətiriləcək
  • Clock-gray 16:18
  • calendar-gray 15 Yanvar 2020

"Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcək”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

Dövlət başçısının sözlərinə görə, bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir: “Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaq”.

Prezident şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət verildiyini vurğulayıb: “Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date