"BakuBus"ın onlayn bələdçi mobil əlavəsinə yeni marşrutlar əlavə edilib

"BakuBus"ın onlayn bələdçi mobil əlavəsinə yeni marşrutlar əlavə edilib
# 31 yanvar 2020 15:36 (UTC +04:00)

"BakuBus" onlayn bələdçi mobil əlavəsinə yeni marşrutlar əlavə olunub.

Bunu "APA-Economics"ə layihə rəhbəri Şamxal Bayramov deyib.

Onun sözlərinə görə, tətbiqə 18, 52, 61, 65, 79, 85, 96, 135, 199 nömrəli marşrut xətləri daxil edilib.

Əlavə real vaxt rejimində Bakı xəritəsində avtobus marşrutlarının hərəkətini izləməyə imkan verən onlayn bələdçidir. Bu proqramın əsas xüsusiyyəti, internet trafikinə qənaət etməsidir. Onun vasitəsilə istifadəçi edəcəyi səfərləri planlaşdıra, avtobus marşrutu seçib hansı avtobusun göstərilən marşrutu izlədiyi barədə məlumat ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR