"Bakutel" sərgisi "UFI Approved Event" keyfiyyət nişanına layiq görülüb

"Bakutel" sərgisi "UFI Approved Event" keyfiyyət nişanına layiq görülüb
# 12 iyun 2020 12:13 (UTC +04:00)

Uzun illər Azərbaycanda təşkil olunan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ("Bakutel") növbəti dəfə "UFI Approved Event" keyfiyyət nişanına layiq görülüb.

Bu barədə "APA-Economics"ə sözügedən sərginin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirib.

Sertifikat tədbirin yüksək təşkilatçılıq səviyyəsini və sərgidə təqdim olunan statistikaların etibarlılığını təsdiqləyir.

"Bakutel"in yüksək keyfiyyətini təsdiqləyən status ziyarətçilərə və sərgi iştirakçılarına yalnız beynəlxalq deyil, həm də mili miqyasda ən yaxşı tədbirləri seçməyə kömək edəcək. Bu nişanın tətbiqi tədbirin daha yüksək səviyyəyə qaldırmaq, hədəf auditoriya üçün daha cəlbedici etmək üçün bir fürsətdir.

Qeyd edək ki, bu il "Bakutel" sərgisinin dekabrın 2-dən 4-dək keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR