"Barys" gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Aktaudan Bakıya ilk səyahətini edib

"Barys" gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Aktaudan Bakıya ilk səyahətini edib
# 10 mart 2021 16:09 (UTC +04:00)

Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus "Barys" konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı marşrutu ilə ilk səyahətini reallaşdırıb.

Bakı Limanında “APA-Economics”ə verilən məlumata görə, hazırda, bu gün səhər saatlarında Bakı Limanına çatan gəmidən konteynerlərin sürətli şəkildə aşırılması işi həyata keçirilir.

Belə ki, bu gəmi vasitəsi ilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb ki, onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, 2 konteyner isə idxal üçün nəzərdə tutulub. Bu konteynerlərin 85-in də tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR