Belarus 5 ölkəyə uçuşların dayandırılmasını uzadıb

Belarus 5 ölkəyə uçuşların dayandırılmasını uzadıb
# 04 sentyabr 2020 15:45 (UTC +04:00)

Belarusun "Belavia" şirkəti koronavirus pandemiyası fonunda Rusiya, Latviya, Kipr, Türkmənistan və Gürcüstan istiqamətində uçuşların dayandırılmasını uzadıb.

"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, Belarusdan Rusiyaya uçuşların bərpası sentyabrın 30-dək uzadılıb. Rusiyanın Voronej, Kazan və Nijni Novqorod şəhərlərinə isə uçuşların dayandırılması oktyabrın 24-dək uzadılıb.

Eyni zamanda "Belavia" Riqaya (Latviya) uçuşların bərpasını sentyabrın 20-dək, Larnakaya (Kipr) sentyabrın 14-dək, Aşqabada (Türkmənistan) və Gürcüstanın bütün məntəqələrinə isə sentyabrın 30-dək uzadıb.

Hazırda Belarusdan Böyük Britaniya, Tanzaniya, Türkiyə və İsveçrəyə uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR