Belarusda ödənişli elektron poçt xidməti istifadəyə verilib

Belarusda ödənişli elektron poçt xidməti istifadəyə verilib
# 05 yanvar 2021 16:37 (UTC +04:00)

Belarusda ödənişli dövlət elektron poçt xidməti istifadəyə verilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Belarus Rabitə və İnformasiya Nazirliyinin açıqlamasında deyilir.

Bu xidmətin ənənəvi elektron poçt xidmətlərindən fərqi ondan ibarətdir ki, göndərilən hər elektron məktub ödənişli olacaq. Ödəniş təkcə məktub göndərməyə görə tutulmayacaq. Belə ki, əgər göndərən tərəf məktubun alıcısı tərəfindən alındığı barədə bildiriş almaq istəsə, bunun üçün əlavə ödəniş etməli olacaq, üstəlik hər bildiriş ayrıca ödənilməlidir.

Xidmət ölkənin dövlət poçt operatoru olan "Belpoçta" tərəfindən göstəriləcək. Müəssisənin rəsmi internet səhifəsində hər bir məktubun göndərilməsi 0,42 Belarus rubluna (0,28 manata) başa gələcəyi bildirilir.

Sifarişli elektron məktubun göndərişi isə 1,5 Belarus rublu (0,98 manat) olacaq. Məktubun alınması barədə bildiriş isə təxminən 0,25 manat dəyərində qiymətləndirilir.

Xidmətdə qeydiyyat elektron imza və ya mobil ID vasitəsilə həyata keçirilir. Ödəniş üçün "Webpay", "Mastercard" və "Visa" ödəniş sistemlərindən istifadə etmək təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR