Bibiheybət yamacında istinad divarının tikintisi mayın sonunadək yekunlaşacaq

Bibiheybət yamacında istinad divarının tikintisi mayın sonunadək yekunlaşacaq
# 15 yanvar 2020 14:55 (UTC +04:00)

"Bibiheybət yamacında 75 metr olan qəzalı hissəsində istinad divarının tikintisi may ayının sonunadək başa çatdırılacaq".

"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, işlər başa çatdırılandan sonra 4 hərəkət zolaqlı yol vətəndaşların istifadəsinə veriləcək.

"Bibiheybət yamacında tikintisi 2008-ci ildə başlayan yol 2010-cu ildə istismara verilib. Bu yol layihələndirilən zaman cəmi 425 metr hissədə yol yenidən qurulub. O dövrdə Bakıya giriş-çıxış 20-ci yaşayış sahəsindən keçməklə tənzimlənirdi. Bu yolun yalnız 425 metr hissəsi Bibiheybət yamacından keçir. O dövrdə tikilən yolun iki yamac arasındakı 75 metr hissəsi süni torpaqlarla və digər materiallarla doldurulmuşdur. Bu 75 metr hissənin doldurulan süni materialın saxlanması üçün yol yatağın sürüşməməsi üçün istinad divarı tikilmişdir ki, dağılan da məhz həmin istinad divarıdır", - deyə S. Məmmədov qeyd edib.

Agentliyin İdarə Heyətinin sədri əlavə edib ki, istinad divarının uçmasının müəyyən səbəbləri ondan irəli gəlir ki, yol layihələndirilən zaman, bir tərəfli hərəkət zolağı istiqamətinə nəzərdə tutulmuşdur.

"Yəni bu yol Bakıdan çıxış üçün nəzərə alınıb. Buna baxmayaraq, 2015-ci ildə Bakı şəhərində Avropa Oyunlarının keçirilməsi zamanı 4 hərəkət zolaqlı yol iki tərəfli istismar olunmasına başlanılmışdır. Bunun nəticəsində ikitərəfli hərəkət edən nəqliyyat vasitələrinin ağırlığının dinamik təsiri istinad divarlarında çatların əmələ gəlməsinə səbəb olmuşdur. Yolda yaranan çatlarlar bizim mütəxəssislər tərəfindən nəzərə alınmışdır. Buna görə də vaxtından əvvəl görülən tədbirlər nəticəsində, bu yolda istinad divarının uçması nəticəsində heç bir insan tələfatı olmadı", - deyə S. Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR