"Bitcoin"in ətraf mühitə təsiri araşdırılıb

"Bitcoin"in ətraf mühitə təsiri araşdırılıb
  • Clock-gray 12:50
  • calendar-gray 18 Mart 2021

“Bitcoin” kriptovalyutasının mayninqindən əldə olunan hər 1 mlrd. ABŞ dolları 1,2 mln. daxili yanma mühərrikli avtomobilin atmosferə buraxdığı karbon qazların tullantılarına bərabərdir.

APA-Economics” xəbər verir ki, bu barədə “Bank Of America”nın icmalında deyilir.

Hesabatda qeyd olunur ki, “Bitcoin” istehsalı şəbəkəsi atmosferə 60 mln. ton karbon qazı atır ki, bu da ümumilikdə Yunanıstanın atmosferə buraxdığı sözügedən növ tullantıya bərabərdir.

“Bank kriptovalyutanın idarə olunmasına və sosial əhəmiyyətli məsələlərə də nəzər yetirir. Belə ki, pulun demokratikləşməsi və mülkiyyətin anonimliyi korrupsiyalaşmış maliyyə sistemləri olan ərazilərdə müsbət ola bilər. Yəni mənfi cəhətlər daha çoxdur: xüsusən də anonimlik cinayətkarlığı təşviq edir”, - icmalda bildirilir.

Ətraf mühit, sosial və korporativ idarəetmə ilə əlaqəli məlumatları araşdıran “Reprisk” şirkəti “Bitcoin” səbəbindən dünyanın 181 şirkətinin çirkli pulların yuyulması, rüşvət, saxtakarlıq və məlumatların məxfiliyi pozuntuları ilə üzləşdiyini aşkar edib.

Hüseyn Vəliyev

Digər xəbərlər