Boeing 737 Max təyyarələrinin proqram təminatında daha bir boşluq aşkarlanıb

Boeing 737 Max təyyarələrinin proqram təminatında daha bir boşluq aşkarlanıb
# 08 fevral 2020 12:08 (UTC +04:00)

Boeing 737 Max təyyarələrin proqram təminatında daha bir boşluq aşkarlanıb. Problem təyyarələri yenidən uçuşlara qaytarmaqdan öncə mütləq aradan qaldırılmalıdır. “APA-Economics” Bloomberg-in yaydığı məlumata istinadən xəbər verir ki, aşkar olunan boşluq təyyarənin balans sistemində nasazlıq yarandıqda xəbərdarlıq işıqlarının yanma müddətinə təsir edir. Belə ki, işıqlar lazım olan müddətdən daha çox yanır.

Qeyd edək ki, 346 nəfərin ölümünə səbəb olan bir neçə qəzadan sonra, 2019-cu ilin mart ayında Boeing 737 Max təyyarələrin istismarı dayandırıldı. O vaxtdan bəri aşkarlanan bu boşluq sayca üçüncüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR