Böyük Britaniyada oktyabrda evlərin qiymətində son 4 ilin ən kəskin artım dinamikası qeydə alınıb

Böyük Britaniyada oktyabrda evlərin qiymətində son 4 ilin ən kəskin artım dinamikası qeydə alınıb
  • Clock-gray 13:30
  • calendar-gray 06 Noyabr 2020

COVID-19 virusunun sürətlə yayılmasının Böyük Britaniyanın əmlak bazarında azalma meyllərinin yaratmasına baxmayaraq, oktyabr ayında ölkədə yaşayış evlərinin qiymətləri 2016-cı ilin iyun ayından etibarən ən kəskin səviyyədə artıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, ipoteka kreditoru "Halifax" şirkəti oktyabrda Böyük Britaniyada evlərin qiymətlərinin illik 7,5% artdığını bildirib. Sentyabrda bu göstərici 7,3% idi.

Şirkət qeyd edir ki, təkcə oktyabrda qiymətlər 0,3% artıb və bu, son 4 ayın ən zəif artımı kimi qeydə alınıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər