Brauzer istifadəçilərinin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb

Brauzer istifadəçilərinin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb
  • Clock-gray 11:05
  • calendar-gray 07 Yanvar 2020

Ötən il ərzində Azərbaycanın brauzer bazarında "Chrome" istifadəçilərinin aktivliyi 2018-ci illə müqayisədə 1,1 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayının 1-nə "Chrome"un ölkə üzrə bazar payı 68,8% təşkil edib.

Ötən il ərzində 2018-ci illə müqayisədə "Safari" brauzerin Azərbaycanda bazar payının həcmi 6,1 faiz bəndi artaraq 2020-ci ilin yanvarın 1-nə 12,9% təşkil edib. "Safari" Azərbaycanın barauzer bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,9% bazar payı ilə "Samsung Internet" brauzeri qərarlaşıb. Bu brauzerin ölkə üzrə bazar payı 2019-cu ildə 2018-ci illə müqayisədə 0,3 faiz bəndi azalıb.

Digər brauzerlər üzrə olan pay bölgüsü: "Opera" – 5,44%, "Firefox" – 1,81%, "Yandex" – 1,42%, "Internet Explorer" – 0,56%, "Android" – 0,4%, "Edge" – 0,46% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date