Brauzer istifadəçilərinin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb

Brauzer istifadəçilərinin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb
  • Clock-gray 10:00
  • calendar-gray 06 Aprel 2020

Bu ilin mart ayında Azərbaycan brauzer bazarında "Chrome" istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 0,33 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin aprel ayının 1-nə "Chrome"un ölkə üzrə bazar payı 73,3% təşkil edib.

Bu ilin fevral ayı ilə müqayisədə martda "Safari" brauzerin Azərbaycanda bazar payının həcmi 1,5 faiz bəndi artaraq aprelin 1-nə 9,5% təşkil edib. "Safari" Azərbaycanın barauzer bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 7,25% bazar payı ilə "Samsung Internet" brauzeri qərarlaşıb. Bu brauzerin ölkə üzrə bazar payı bu ilin mart ayında fevralla müqayisədə 0,01 faiz bəndi azalıb.

Digər brauzerlər üzrə olan pay bölgüsü: "Opera" – 4,05%, "Yandex" – 1,64%, "Firefox" – 1,31%, "Android" – 0,8%, "UC Browser" – 0,53, "Internet Explorer"– 0,38% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date