"Bərdə" gəmi-bərəsi təmirdən sonra istismara qayıdıb

"Bərdə" gəmi-bərəsi təmirdən sonra istismara qayıdıb
# 30 noyabr 2020 15:47 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb. Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin, divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzməsindən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Qeyd edək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR