"CanSat Azərbaycan 2020" müsabiqəsinin "Reallaşdırma" mərhələsinin müddəti uzadılıb

"CanSat Azərbaycan 2020" müsabiqəsinin "Reallaşdırma" mərhələsinin müddəti uzadılıb
# 06 iyul 2020 09:31 (UTC +04:00)

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsinin müddəti uzadılıb.

Müsabiqənin təşkilatçılarından "APA-Economics"ə verilən məlumata görə, mərhələ iyulun 17-dən sentyabr ayının 13-ü saat 23:59-dək uzadılıb.

Müsabiqənin "Final" mərhələsi sentyabr ayının sonunda baş tutacaq.

Qeyd edək ki, müsabiqənin "Reallaşdırma" mərhələsinə 6 ali təhsil müəssisəsindən 10 komanda vəsiqə qazanıb.

Müsabiqə tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir.

Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını yerinə yetirir.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və "Azercosmos" ASC tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR