"CanSat Azərbaycan 2020" müsabiqəsinin final mərhələsi oktyabrda keçriləcək

"CanSat Azərbaycan 2020" müsabiqəsinin final mərhələsi oktyabrda keçriləcək
# 18 sentyabr 2020 15:55 (UTC +04:00)

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsinin müddəti uzadılıb.

Müsabiqənin təşkilatçılarından "APA-Economics"ə verilən məlumata görə, mərhələ sentyabrın 13-dən sentyabr ayının 30-u saat 23:59-dək uzadılıb.

Müsabiqənin "Final" mərhələsi oktyabr ayında baş tutacaq.

Qeyd edək ki, müsabiqənin "Reallaşdırma" mərhələsinə 6 ali təhsil müəssisəsindən 10 komanda vəsiqə qazanıb.

Müsabiqə tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını yerinə yetirir.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və "Azercosmos" ASC tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR