"Caspian European Club" onlayn biznes treninqlər təşkil edəcək

"Caspian European Club" onlayn biznes treninqlər təşkil edəcək
# 06 aprel 2020 14:45 (UTC +04:00)

Karantin dövründə biznes nümayəndələrinə dəstək vermək məqsədilə “Caspian European Club” öz resurslarında və sosial şəbəkələrdə birbaşa yayım rejimində onlayn biznes treninqlər təşkil edəcək.

Klubdan “APA-Economics”ə verilən məlumata görə, bunu “Caspian European Club”un və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, bu gün onlayn biznes treyninqlərin keçirilməsi olduqca aktualdır. Belə ki, biznes nümayəndələri ciddi çətinliklərlə qarşılaşıblar və onların böyük əksəriyyəti personal və biznesi məsafədən idarə etməyə uyğunlaşmalıdırlar. Onlayn biznes treninq İT, HR, miqrasiya, vergi, gömrük, onlayn-ticarət və digər sahələrin aparıcı biznes-trener, hüquqşünas, ekspertləri tərəfindən həftədə üç dəfə keçiriləcək.

Aprelin 6-da saat 20:00-da təşkil olunacaq birinci treninq onlayn-ticarət mövzusuna həsr olunacaq. Treninqi “Cubics Technology” şirkətinin biznesin inkişafı üzrə direktoru Çingiz Piri-zadə aparacaq.

Çərşənbə günü aprelin 8-də tanınmış biznes-trener İlham Əfəndiyev biznes nümayəndələrinə böhran dövründə səmərəli satış barədə məlumat verəcək. Treninqlər həftəsinə cümə günü aprelin 10-da “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin baş direktoru Şaiq Mirzəyev yekun vuracaq. O, karantin dövründə vətəndaş-hüquq normalarının tətbiqi barəsində danışacaq.

Onlayn biznes treninqlərin cədvəli http://caspianenergyforum.com/mail/ ünvanından tanış olmaq olar. Biznes-treninqlər “Caspian European Club”un rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/caspianenergy/) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR