Cavid Qurbanov: "BTQ xəttinin Naxçıvanla birləşdirilməsi 2 mlrd. dollara yaxın sərmayə tələb edir"

Cavid Qurbanov: "BTQ xəttinin Naxçıvanla birləşdirilməsi 2 mlrd. dollara yaxın sərmayə tələb edir"
  • Clock-gray 12:10
  • calendar-gray 17 Dekabr 2019

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb".

"APA-Economics"in məlkumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir: “Hazırda Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq”.

C. Qurbanov onu da əlavə edib ki, sözügedən xətlə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır: “Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”.

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C. Qurbanov qeyd edib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir: “Bu da 2 mlrd. ABŞ dollarına yaxın sərmayə tələb edir”.

Emil İsmayılov

Digər xəbərlər