Cenevrə avtosalonu ləğv olunaraq satışa çıxarılıb

Cenevrə avtosalonu ləğv olunaraq satışa çıxarılıb
# 01 iyul 2020 10:31 (UTC +04:00)

Dünya avtomobil istehsalçıları üçün ən əsas tədbirlərdən biri sayılan Cenevrə Beynəlxalq Avtomobil Sərgisi ("Geneva International Motor Show") yenidən ləğv olunub, lakin bu dəfə ikiillik müddətə. Təşkilatçılar üzləşdiyi zərərlər səbəbindən sərginin hüquqlarını başqa bir şirkətə satmağa məcbur olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Cenevrədəki sərginin təşkilatçısı olan "Beynəlxalq Avtomobil Salonu" Fondunun açıqlamasında deyilir.

Cədvələ əsasən, sərgi mart ayında keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən təxirə salındı. Buna baxmayaraq, dünyanın ən nüfuzlu avtomobil tədbiri 2021-ci ildə də baş tutmayacaq.

Hazırda dünya avtomobil sənayesi tarixinin ən pis dövrlərindən birini yaşayır. Pandemiya yeni modellərinin inkişafı və təbliği üçün çox pul xərcləməyə hazır olmayan avtomobil istehsalçılarının istehsalını və gəlirlərini azaldıb.

Ənənəvi sərgi iştirakçıları keçirilən sorğuda onların çox güman ki, 2021-ci ildə sözügedən tədbirdə iştirak etməyəcəklərini və sərginin 2022-ci ildə keçirilməsinin tərəfdarı olduqlarını bildirib.

Sərgi təşkilatçıları zərərləri ödəmək üçün onlara təklif olunan kreditdən də imtina edib. Builki tədbirin təxirə salınması təşkilatçıların 11 mln. İsveçrə frankı (11,6 mln. ABŞ dolları) məbləğində itkiyə səbəb olub. Fond zərərləri ödəmək üçün Cenevrə kantonuna müraciət edib. Kanton kreditin 2021-ci ildə geri qaytarılma şərti ilə 16,8 mln. frank (17,7 mln. dollar) məbləğində vəsait ayırıb. Lakin sərgi gələn il baş tutmayacaq və buna görə də təşkilatçılar belə şərtlərlə kredit tələb olunmur.

Nəticədə, sərginin hüquqlarının İsveçrənin "Palexpo SA" şirkətinə satılması barədə qərar qəbul olunub.

"Məqsəd – Cenevrədə beynəlxalq avtosalonun mütəmadi təşkil olunmasını təmin edəcək bir həlli tapmaqdır"

Qeyd edək ki, İsveçrə və Cenevrə kantonunun bu sərgidən əldə etdiyi illik gəlirləri 200 mln. frankı (211,2 mln. dollar) məbləğində qiymətləndirilir. "Palexpo SA" şirkəti ənənəvi sərginin təşkil olunduğu binanın sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR