Çin Azərbaycana yeni yük qatarı göndərib

Çin Azərbaycana yeni yük qatarı göndərib
# 11 sentyabr 2020 12:43 (UTC +04:00)

Çinin şərqindəki Çjetsyan əyalətindəki Tzinxua şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirəcək yeni “Çin-Avropa” yük qatarı 10 sentyabr tarixində yola salınıb.

APA-Economics” Çinin “Sinxua” agentliyinə istinadən xəbər verir ki, qatara elektrik alətləri, aparat və ev əşyaları daxil olmaqla müxtəlif məhsullar yüklənilib.

Qatarın Bakıya 15-18 gün ərzində çatacağı gözlənilir.

Qeyd edək ki, Tzinxua stansiyası 12 “Çin-Avropa” yük qatar marşrutuna xidmət göstərir. Bu ilin əvvəlindən stansiyadan 17 286 iyirmi futluq yük ekvivalent daşıyan 210 “Çin-Avropa” yük qatarları yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR