Çin dünyanın ən böyük 5G şəbəkəsini qurub

Çin dünyanın ən böyük 5G şəbəkəsini qurub
# 23 noyabr 2020 14:38 (UTC +04:00)

Çin 700 min baza stansiyasından ibarət olan dünyanın ən böyük 5G şəbəkəsini qurub.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bunu Uçjen şəhərində keçirilən Ümumdünya İnternet İdarəetmə Konfransında çıxış edən Çin Xalq Respublikasının sənaye və informasiyalaşdırma nazirinin müavini Lyu Lexun deyib.

Onun sözlərinə görə, Çin tərəfindən quraşdırılan 5G baza stansiyalarının sayı onların dünya üzrə ümumi sayının təxminən 70%-ni təşkil edir. Hazırda beşinci nəsil rabitə standartına 180 milyondan çox terminal qoşulub.

Nazir müavini COVID-19 pandemiyası şəraitində Çində internet trafikinin istehlakında 2019-cu ilin sonuna nisbətən ortalama 50% artım qeydə alındığını bildirib. Ölkənin bəzi bölgələrində bu rəqəm 60-70% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR