Çin növbəti genişzolaqlı kommersiya peykini orbitə çıxarıb

Çin növbəti genişzolaqlı kommersiya peykini orbitə çıxarıb
# 10 dekabr 2020 12:33 (UTC +04:00)

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) APSTAR-6D genişzolaqlı kommersiya rabitə peykinin orbitə çatdırılmasını açıqlayıb.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, CASC nəzdində kommersiya peyklərinin orbitə çıxarılması ilə məşğul olan "China Great Wall Industry" korporasiyası sözügedən peyki "APT Mobile SatCom Limited" şirkəti üçün orbitə çıxarıb.

Peyk bu ilin 9 iyul tarixində Siçan kosmodromundan "Çançjen-3V" raketdaşıyıcı ilə orbitə buraxılıb. Həm peyk, həm də raketdaşıyıcısı CASC-ın törəmə şirkətləri tərəfindən hazırlanıb.

APSTAR-6D Çinin Asiya-Sakit okean regionundakı istifadəçilər üçün ilk yüksək tutumlu qlobal genişzolaqlı peyk rabitə sisteminin hissəsidir.

Orbital sınaqların nəticələri onu göstərir ki, peykin funksiyaları və xüsusiyyətləri texniki tələblərə cavab verir. APSTAR-6D Çinin "Great Wall Industry" şirkəti tərəfindən orbitə çıxarılan 12-ci rabitə peykidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR