Çin rəqəmsal valyutasının sınağına başlayır

Çin rəqəmsal valyutasının sınağına başlayır
# 08 fevral 2021 12:17 (UTC +04:00)

Çin hökuməti 1,5 mln. ABŞ dolları dəyərində "sınaq" rəqəmsal valyuta emissiyasını təsdiqləyib.

"APA-Economics"in "Teletrader"ə istinadən verdiyi məlumata görə, Çin Xalq Bankı namizəd qismində 50 min nəfərin hər birinə müəyyən yerlərdə xərcləmək üçün 200 yuan (30 dollar) rəqəmsal valyuta təqdim edəcək.

Qeyd olunur ki, sözügedən rəqəmsal valyuta "Bitcoin" kimi mərkəzləşdirilmiş kriptovalyutalara bənzəməyəcək. Elektron yuan (CBDC) adlandırılan pul vahidi Çinin Xalq Bankı tərəfindən idarə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR