Çin və ABŞ iki ölkə arasında uçuşların tənzimlənməsində irəliləyiş əldə ediblər

Çin və ABŞ iki ölkə arasında uçuşların tənzimlənməsində irəliləyiş əldə ediblər
# 04 iyun 2020 15:03 (UTC +04:00)

Çin və ABŞ-ın müvafiq qurumları iki ölkə arasında sərnişin uçuşlarının tənzimlənməsində dair müəyyən irəliləyiş əldə ediblər. “APA-Econommics” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zao Litzian bildirilib.

Onun sözlərinə görə, ABŞ Nəqliyyat Nazirliyi ayın 16-dan etibarən Çin aviaşirkətlərinin ABŞ-a sərnişin reyslərinin həyata keçirilməsinə qadağa qoyulacağını açıqlayıb. Çin bununla bağlı dərin təəssüfünü bildirib.

“Çinin Mülki Aviasiya Administrasiyası iki ölkə arasında sərnişin uçuşları ilə əlaqədar ABŞ Nəqliyyat Nazirliyi ilə sıx əlaqədədir. Artıq hər iki tərəf bu məsələdə müəyyən irəliləyiş əldə edib. Çin müvafiq qaydalara düzəlişlər etdiyini açıqlayıb. Ümid edirik ki, ABŞ bu məsələdə çətinlik yaratmayacaq”, - deyə Z. Litzian qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR