Cəlilabadın üç kəndində elektrik enerjisi sistemi yenidən qurulur

Cəlilabadın üç kəndində elektrik enerjisi sistemi yenidən qurulur
# 02 iyul 2020 16:19 (UTC +04:00)

"Azərişıq" ASC Cəlilabad rayonunun Şatırlı İnzibati Ərazi Nümayəndəliyinə daxil olan üç kənddə – Şatırlı, Buravar və Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir.

İran ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilib. Ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Adı çəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırılır.

Qeyd edək ki, Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1 500-dək sakin yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR