DANX: Yük avtomobilləri barədə məlumatların icazələr portalında qeydiyyatına başlanılıb

DANX: Yük avtomobilləri barədə məlumatların icazələr portalında qeydiyyatına başlanılıb
  • Clock-gray 13:19
  • calendar-gray 14 Aprel 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb. DANX-dan “APA-Economics”ə verilən məlumata görə, bu saata qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər