Daha 7 xidmət "myGov" elektron hökumət portalına inteqrasiya olunub

Daha 7 xidmət "myGov" elektron hökumət portalına inteqrasiya olunub
  • Clock-gray 11:05
  • calendar-gray 09 Yanvar 2020

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin (SƏLİS) 7 xidməti “myGov” elektron hökumət portalına inteqrasiya olundu.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, xidmətlər sırasına e-Ərizə, e-Ekspertiza, e-Vətəndaş, e-Apelyasiya, e-Növbə, e-İdarəetmə və hesabat, e-Müraciət daxildir.

Artıq SƏLİS istifadəçiləri vətəndaşları, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən “myGov” platformasından çıxmadan “qurumlar üzrə” bölməsinə daxil olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyd edilən xidmətlərinə müraciət edə bilərlər. SƏLİS sisteminin məqsədi Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək, şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.

“myGov” portalına inteqrasiya olunan sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date