Daşınmaz əmlak qeydiyyatından dövlət büdcəsinə ötən il 12 mln. manatdan çox vəsait daxil olub

Daşınmaz əmlak qeydiyyatından dövlət büdcəsinə ötən il 12 mln. manatdan çox vəsait daxil olub
# 09 mart 2021 16:26 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə ümumilikdə dövlət büdcəsinə 12,3 mln. manat dövlət rüsumu, ərazi idarələrin hesabına isə 21,7 mln. manat xidmət haqqı daxil olub.

APA-Economics”in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda bildirilir ki, ötən il 236 min daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib. Bu göstəricinin 62,7 mini (26,6%-i) hüquqların ilkin qeydiyyatına, 173,3 mini (73,4%-i) isə daşınmaz əmlakın özgəninkiləşdirilməsi əməliyyatları ilə bağlı hüquqların təkrar qeydiyyatına aid olub.

Bu dövrdə 198,8 min daşınmaz əmlak obyektində texniki inventarlaşdırma işləri aparılıb və texniki pasportlar tərtib edilib. Bununla yanaşı, 32,5 min ipoteka müqaviləsi, 3,7 min yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınan, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 260,8 min yüklülük (məhdudiyyət) arayışı verilib.

Hesabat dövründə 33,7 min mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Ümumilikdə, hesabat dövrünün sonunadək 626,2 min mənzil üzərində hüquqların ilkin dövlət qeydiyyatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR