Daşınmaz əmlaka sərmayələrə görə Avropanın ən əlverişli meqapolisləri açıqlanıb

Daşınmaz əmlaka sərmayələrə görə Avropanın ən əlverişli meqapolisləri açıqlanıb
  • Clock-gray 16:30
  • calendar-gray 11 Yanvar 2021

İstanbul şəhəri daşınmaz əmlaka sərmayə yatırımı üçün Avropanın ən əlverişli meqapolisi adlandırılıb.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, "Nevita" rieltor şirkətinin apardığı araşdırmaya əsasən, Türkiyədə əcnəbilərə satılan daşınmaz əmlakların yarısı İstanbulda yerləşir. Belə ki, əgər 2019-cu ildə Türkiyədə əcnəbilərlə mənzil satışı ilə bağlı ümumilikdə 20 857 müqavilə bağlanmışdırsa, 2020-ci ilin yanvar-noyabr aylarında pandemiya fonunda bu rəqəm 16 867 təşkil edib.

Hazırda İstanbulda daşınmaz əmlakın kvadrat metrinin orta qiymət 462 avro, Parisdə – 11 613 avro, Londonda – 10 797 avro, Münhendə – 8 442 avro, Madriddə – 2 630 avro, Lissabonda – 3 346 avro, Bolzanoda – 3 041 avro, İnsbrukda isə 5 992 avro təşkil edir.

Bununla yanaşı, Avropa şəhərlərindəki qiymətlər ölkədaxili orta mənzil qiymətindən xeyli yüksəkdir. Məsələn, Parisdəki mənzilin kvadrat metrinin ortalama qiymət ümumi Fransanın digər şəhərləri ilə müqayisədə 4,3 dəfə, Londonda 3,3 dəfə, Münhendə isə 3 dəfə yüksəkdir. İstanbulda isə daşınmaz əmlak Türkiyə üzrə ümumi qiymətlərdən 1,5 dəfə bahadır.

Hüseyn Vəliyev

Digər xəbərlər