Dələduzlar ƏDV-nin qaytarılması sistemi adından istifadə edərək fişinq hücumu təşkil edib

Dələduzlar ƏDV-nin qaytarılması sistemi adından istifadə edərək fişinq hücumu təşkil edib
# 19 iyun 2020 12:20 (UTC +04:00)

Azərbaycanda daha bir fişinq dələduzluğu ilə bağlı fakt qeydə alınıb.

"APA-Economics" Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, dələduzlar fişinq hücumu təşkil etmək məqsədilə ƏDV-nin qaytarılması sisteminin (edvgerial.az) portalını hədəfə alıb. Fişinq hücumu saxta – edvgerial.com sayt üzərindən təşkil olunub.

"Belə fişinq hücumlarının qurbanı olmamaq üçün internet resursların ünvanlarına diqqət yetirmək vacibdir", - Mərkəzin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR