Dənizkənarı Milli Parkın akvatoriyasının təmizlənməsi üzrə rəqəmlər açıqlanıb

Dənizkənarı Milli Parkın akvatoriyasının təmizlənməsi üzrə rəqəmlər açıqlanıb
# 18 fevral 2021 11:01 (UTC +04:00)

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 64,37 kubmetr müxtəlif ölçülü əşya yığılıb və təhvil verilib.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ASCO gəmilərindən 102,53 kubmetr plastmas, 808,97 kubmetr qida qalığı, 659,52 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 113,755 kubmetr istismar tullantısı, 5,359 kubmetr elektron tullantı, 77 kubmetr neft qalığı, 5542 kubmetr döşəməaltı lyal sular, 98 393,8 kubmetr məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Məlumata görə, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 159,8 kubmetr çən dibində formalaşmış neftli şlam, 10,119 ton yanmış qəlib qumu, 1 473,15 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 75428,84 ton məişət çirkab suyu, 1308 ton neftli döşəməaltı-lyal su, 175,755 ton sürtgü yağı, 4 968,502 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1 352,2 kubmetr qida qalığı, 315,2 kubmetr polimer əsaslı və plastmas tullantı, 126,31 kubmetr yağlı və neftli tullantı, 117,85 kubmetr müxtəlif rezin tullantı, 43 ədəd akkumulyator və qalvanik element, 663,04 kubmetr istismar tullantı, 15,408 kubmetr elektron tullantı, 8,57 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

“Ötən il ümumilikdə 1 866,106 ton silinmiş qara metal, 17,965 ton əlvan metal isə təkrar emala göndərilib”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR