Dövlət büdcəsindən gələn il yeni nəsil şəxsiyyət vəsiqələri və biometrik pasportların hazırlanmasına 40 mln. manatadək xərclənəcək

Dövlət büdcəsindən gələn il yeni nəsil şəxsiyyət vəsiqələri və biometrik pasportların hazırlanmasına 40 mln. manatadək xərclənəcək
# 21 dekabr 2020 14:47 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların hazırlanması üçün 39,1 mln. manat məbləğində vəsait nəzərdə tutulur. “APA-Economics”in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsində elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 10 mln. manat vəsait proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR