Dövlət əmlakının idarə edilməsi və qorunması ilə bağlı xüsusi hesabatların təqdim müddəti uzadılıb

Dövlət əmlakının idarə edilməsi və qorunması ilə bağlı xüsusi hesabatların təqdim müddəti uzadılıb
# 31 mart 2020 12:42 (UTC +04:00)

Dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma” sı hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar hesabatın təqdim olunması müddəti mayın 1-dək uzadılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR