Dövlət qurumlarının "Hökumət Buludu"na miqrasiyası informasiya sistemlərinin həcminə görə aparılacaq

Dövlət qurumlarının "Hökumət Buludu"na miqrasiyası informasiya sistemlərinin həcminə görə aparılacaq
  • Clock-gray 11:52
  • calendar-gray 03 Mart 2020

Azərbaycanda dövlət qurumlarının "Hökumət Buludu"na miqrasiyası ardıcıl olaraq onlarda istifadə olunan informasiya sistemlərinin və ehtiyatlarının həcminə görə aparılacaq.

"APA-Economics"in məlumatına görə, bunu II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində təşkil olunan "Təhlükəsiz Hökumət Buludu" mövzusunda keçirilən konfransda çıxış edən “Hökumət Buludu” layihəsinin rəhbəri Ənvər Abbasov deyib.

Onun sözlərinə görə, hər bir dövlət qurumu üçün icra qrupu təşkil olunacaq ki, bu qrupun operatorları qismində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və “ASAN xidmət” çıxış edəcək. Qrupa dövlət qurumlarının İT komanda üzvləri də cəlb olunacaq: "İlk növbədə, dövlət qurumunun informasiya sistemləri, onların proqram dəstləri test olunacaq və miqrasiya bitdikdən sonra real sistemdə bir daha testdən keçərək təhvil-təslim başa çatacaq".

Ə. Abbasov həmçinin bildirib ki, miqrasiya planı artıq hazırlanıb və müvafiq qurumların təsdiqindədir.

"İlk olaraq müvafiq avadanlıqlar alındıqdan və zəruri mühit yaradıldıqdan sonra bəzi dövlət qurumların "Azintelekom"un infrastrukturunda miqrasiyası başlanacaq", - deyə Ə. Abbasov əlavə edib.

Hüseyn Vəliyev

Digər xəbərlər