Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb
# 03 fevral 2021 10:06 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı ötən ilin dekabr ayı ilə müqayisədə 41% artaraq 393 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yanvar ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,2%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, yanvar ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 16 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 12 hesabat təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR