Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb
# 04 noyabr 2020 11:16 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı sentyabr ayı ilə müqayisədə 29,2% azalaraq 565 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, oktyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 97,5%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, oktyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 7 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 13 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 4 296 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,1%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 203 hesabat təqdim edilib. Yanvar-oktyabr ayları ərzində Azərbaycanın internet seqmentində 39 domen və 119 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR