Dövlət strukturları tərəfindən edilən kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət strukturları tərəfindən edilən kibertəhlükəsizlik sorğularının sayı artıb
  • Clock-gray 10:32
  • calendar-gray 04 May 2020

Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı mart ayı ilə müqayisədə 70,7% artaraq 594 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, apreldə mərkəzə daxil olan sorğulardan 97,1%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, aprel ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 19 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 18 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1675 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96,7%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 81 hesabat təqdim edilib. Yanvar-aprel ayları ərzində Azərbaycanın internet seqmentində 21 domen və 55 subdomen qeydiyyata alınıb.

Həmçinin, bu ilin yanvar-aprel ayları ərzində "AzStateNet" şəbəkəsində URL əsaslı bloklanan zərəvericilərin sayı 9 453 ədəd təşkil edib. Bundan başqa, cari ilin ilk 4 ayında mərkəzləşdirilmiş antivirus sistemi ilə 11 904, "Sandboxing" yolu ilə isə 14 773 zərərverici qeydə alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər