Dövlət veb-seqmentinin domeni üzrə axtarış sistemi təkmilləşdirilib

Dövlət veb-seqmentinin domeni üzrə axtarış sistemi təkmilləşdirilib
# 12 yanvar 2021 12:35 (UTC +04:00)

Azərbaycanda dövlət orqanları üçün nəzərdə tutulan dövlət veb-seqmentinin "gov.az" domeni üzrə axtarış sistemi təkmilləşdirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, "gov.az" zonası üzrə domen axtarışı və informasiya təminatı daha da təkmilləşdirilib. Yeni interfeys dizaynı ilə tərtib edilən veb-resurs, həm də qurumların öz əlaqə vasitələrini və domen kataloqu üzrə yerləşmə yerini redaktə edə biləcək daha interaktiv platformaya çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR