Dubay-Bakı aviareysi bərpa olunub

Dubay-Bakı aviareysi bərpa olunub
  • Clock-gray 16:25
  • calendar-gray 14 İyul 2020

İyulun 14-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Məlumata əsasən, bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.

Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan, turizm vizası olan, BƏƏ-də daimi yaşayış icazəsi  olan sərnişinlərə icazə verilir.

Qeyd olunan sərnişinlər https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər.

Digər əmirliklərin rezidentləri https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login keçiddən istifadə etməklə icazə almalıdırlar. 

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.

Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

"Android": https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US;

iOS: https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399.

Dubaydan Bakıya reyslərə aviabiletlər  yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19)  testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Siyahıya "Referans" laboratoriyası, "Leyla" klinikası, "Memorial" klinikası, "Bona Dea" xəstəxanası, "İnci" laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM), "Caspian Hospital" və "UltraLab"” laboratoriyaları daxildir.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda  müayinədən keçmək olar.

Emil İsmayılov

Digər xəbərlər