Dünyada 5G rouminq abunəçilərinin sayı 2025-ci ilədək kəskin artacaq

Dünyada 5G rouminq abunəçilərinin sayı 2025-ci ilədək kəskin artacaq
# 09 mart 2021 10:29 (UTC +04:00)

Dünya üzrə 5G rouminq abunəçilərinin sayı 2021-ci ildə 4,3 milyon, 2025-ci ildə isə 147 milyon təşkil edəcək. Göründüyü kimi, yaxın 4 il ərzində artım tempinin 3 300% olacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Juniper Research" şirkətinin araşdırmasında deyilir.

Qeyd olunur ki, bu artım pandemiyadan sonra beşinci nəsil avtonom şəbəkələrin (5G SA – Standalone Networks) yayılması ilə təmin ediləcək.

Yeni nəsil baza şəbəkə texnologiyalarından və yüksək səviyyəli virtualizasiyadan yararlanan 5G SA arxitekturaları operatorlara abunəçilər üçün cəlbedici 5G rouminq paketləri yaratmağa imkan verəcək.

Tədqiqatda iddia olunur ki, 4G ilə eyni baza şəbəkə texnologiyaları istifadə edən qeyri-avtonom (NSA – non-standalone) 5G arxitekturalar operatorlara sərfəli beynəlxalq 5G rouminq xidmətlərini istifadəyə vermək üçün yetərli olmayacaq.

Beynəlxalq rouminq trafikinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olan qlobal pandemiyaya baxmayaraq, operatorlar qeyri-avtonom 5G NSA strukturlarında rouminq müqavilələrini həyata keçirməyə deyil, dərhal avtonom şəbəkələr üzərindən 5G rouminq müqavilələr yaratmalıdırlar.

Araşdırmada qeyd olunur ki, Şimali Amerika və Uzaq Şərqdəki operatorlar 5G rouminq müqavilələrində liderlik edir. 2025-ci ilədək 5G rouminq abunəçilərinin 35%-dən çoxu məhz bu iki bölgənin payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR