Dünyada fırıldaqçı proqramların vurduğu ümumi zərər 1 mlrd. dolları ötüb

Dünyada fırıldaqçı proqramların vurduğu ümumi zərər 1 mlrd. dolları ötüb
  • Clock-gray 16:13
  • calendar-gray 25 Noyabr 2020

2019-cu ilin ikinci – 2020-ci ilin birinci yarısında dünyada istifadəçilərdən pul tələb edən fırıldaqçı proqramların vurduğu ümumi zərər 1 mlrd. ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Group-IB" beynəlxalq şirkətin "Hi Tech Crime Trends 2020" hesabatında deyilir.

Fidyə proqramı hər hansı bir tətbiqin yenilənməsinə bənzəyir və alıcı üçün potensial maraq doğuran mövzuları olan yoluxmuş fişinq elektron məktublarla daxil ola bilər. Cihaza daxil olduqdan sonra proqram bütün faylları və məlumat bazalarını şifrləyir. Cinayətkarlar daha sonra şifrələrin açarları müqabilində şirkətdən fidyə tələb edir və ya məxfi məlumatların ictimaiyyətə açıq mənbələrdə yerləşdirməklə hədələyirlər.

"Yalnız son bir ildə 45-dən çox ölkədə şirkətlərə qarşı 500-dən artıq hücum olub. "Group-IB"nin qiymətləndirmələrinə görə, fırıldaqçı proqramlardan gələn zərərin alt həddi 1 mlrd. dollardan çoxdur (1 005 186 000 000 dollar) Bununla belə, həqiqi zərər dəfələrlə çoxdur: əksər hallarda şirkətlər fidyə ödəməklə hadisəni sakitləşdirməyə üstünlük verir", hesabatda deyilir.

Mütəxəssislər qeyd edir ki, fırıldaqçı proqramların əksəriyyəti ticarət və dövlət sektorunda fəaliyyət göstərən şirkətlərə qarşı hücumlar törədir. Ölçüsü və sənayesindən asılı olmayaraq hər bir şirkət bu cür hücumların qurbanı ola bilər. Belə ki, kibercinayətkarlar üçün əsas meyar maddi qazancdır. Belə bir hücum müvəqqəti deyil, həm də təşkilatın fəaliyyətinin tamamilə dayandırılmasına gətirib çıxara bilər.

Hesabat dövründə fırıldaqçı proqramlarının ən populyar hədəfləri ABŞ şirkətlər olub. Edilən hücumların 60%-i məhz onların payına düşüb. Avropa ölkələrində hücumların payı təxminən 20%-ə bərabər olub. Hücumların təxminən 10%-i Şimali və Cənubi Amerikanın (ABŞ istisna), 7%-i isə Asiya ölkələrinin payına düşüb. Ən çox hücum edilən sahələr sırasına sənaye istehsalı (94 qurban), pərakəndə satış (51 qurban), dövlət qurumları (39 qurban), səhiyyə (38 qurban) və inşaat (30 qurban) sahələri yer alıb.

APA-Economics

Digər xəbərlər