E-ticarətə maraq yük həcmini əhəmiyyətli dərəcədə artırıb

E-ticarətə maraq yük həcmini əhəmiyyətli dərəcədə artırıb
  • Clock-gray 14:05
  • calendar-gray 22 Yanvar 2021

Mövcud pandemiya şəraiti və insanların elektron ticarətə böyük marağı yük həcmində əhəmiyyətli dərəcədə artımla müşahidə olunur.

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən iş yüklülüyünün ciddi şəkildə artması ilə yanaşı, gün ərzində gömrük ərazisinə daxil olan təxminən 20 000 poçt bağlamasına gömrük nəzarəti fonunda meydana çıxan 0,5% müxtəlif xarakterli problem gündəlik 50 vətəndaşın müraciəti deməkdir.

Komitə tərəfindən yaradılan "Smart customs” mobil tətbiqi sadalanan problemlərin aradan qaldırılmasına hesablanıb. 

“Mobil tətbiqdə bağlamalarını bəyan edib ödənişlərini həyata keçirən, lakin bağlamasının saxlanıldığını iddia edən vətəndaşlar nəzərə almalıdır ki, bəyanetmə və ödəmə prosesi mütləq mal partiyası gömrük ərazisinə daxil olana qədər həyata keçirilməlidir. Saxlanca verildikdən sonra gömrük ödənişi həyata keçirilən bağlamaların saxlancdan çıxarılması və aidiyyəti üzrə çatdırılması sifarişçinin anbar və daşıyıcı şirkət ilə münasibətlər zəminində həll edilməlidir”, - Komitədən qeyd ediblər.

Saxlanılan bağlamalara görə vətəndaşların yüksək məbləğdə vəsait ödəmələrinə gəlincə, Komitədən bildirilib ki, bağlamaların saxlanıldığı ərazi gömrük orqanının sərəncamında deyil və onlar barəsində anbar və saxlanc xərclərinin tətbiqi gömrük orqanlarının səlahiyyət dairəsinə aid edilmir.

Hüseyn Vəliyev

Digər xəbərlər