Elektromobillərin qlobal satışları BMW və "Mercedes"in dominantlığını azaldıb

Elektromobillərin qlobal satışları BMW və "Mercedes"in dominantlığını azaldıb
# 13 yanvar 2021 12:55 (UTC +04:00)

Tarixən "toxunulmaz" sayılan Almaniyanın avtomobil sənayesinin nəhəngləri "Mercedes”, BMW və "Audi" şirkətləri qlobal bazardakı mövqeləri "Tesla" və digər lüks elektrik mühərrikli avtomobil istehsalçılarına görə zəifləyib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu "Piper Sandler & Co." investisiya şirkətinin analitiki Aleksandr Poter deyib.

Analitik qeyd edib ki, avtomobil sənayesində elektrikləşmə trendi yalnız "Mercedes", BMW və "Audi"yə gözəçarpan dərəcədə təsir edəcək: "Hər dəfə "Tesla" yeni mağaza açdıqda, almanlar bazardakı paylarını bir qədərdə itirir. Yeni mağazaların açılması üçün isə imkanlar çoxdur".

Qeyd edək ki, 2020-ci ildə "Mercedes"in ümumi avtomobil satışında BMW-ni üstələməsinə baxmayaraq, elektromobillərin satışında BMW əsas rəqibindən daha uğurlu olub. Ötən il BMW-nin elektromobil satışları 193 min təşkil etdiyi halda, "Mercedes" cəmi 160 min elektromobil realizə edib. "Audi" öz növbəsində, 47 min elektrik mühərrikli avtomobil satıb.

BMW-nin elektromobil bazarına çoxalan diqqəti (xüsusən Çində) "Tesla"nın bu ölkənin avtomobil bazarında artan təsirindən irəli gəlir. Cavab tədbirləri kimi, BMW hibrid və elektrik mühərrikli avtomobillərinin istehsalını iki dəfə artırmağı planlaşdırır, "Mercedes" isə yeni tam elektrikləşmiş modelin buraxılışına hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR