Elektromobillərin qlobal satışları bu il artacaq - PROQNOZ

Elektromobillərin qlobal satışları bu il artacaq - PROQNOZ
# 18 may 2020 15:20 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) bu il qlobal avtomobil (ənənəvi) satışlarının 2,3 mln. ədədə çatacağını proqnozlaşdırır ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,2% çoxdur.

"APA-Economics"in EIA-ə istinadən verdiyi məlumata görə, yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən elektrikli avtomobil satışlarında kəskin azalma müşahidə edilib. Çində azalma fevralda 60% olub. Buna baxmayaraq, aprel ayında 2019-cu ilim müvafiq dövrü ilə müqayisədə 80%-lik artım qeydə alınıb.

Məlumata əsasən, Avropa ölkələrində elektromobillərin satışında müsbət tendensiya müşahidə edilir. Səbəblər müxtəlifdir. Onların sırasında Avropa İttifaqında karbon qazı (CO2) emissiyası ilə bağlı tətbiq olunan dəyişikliklər, Almaniyada elektrik avtomobilləri satışı sahəsində subsidiyaların artırılması, İtaliyada elektromobillərin təşviqi üçün müvafiq sistemin tətbiq edilməsi də var.

Nəticədə, 2020-ci ilin yanvar-aprel aylarında Avropanın ən böyük avtomobil bazarlarında (Fransa, Almaniya, İtaliya və İngiltərə) elektrik avtomobil satışları 145 mindən çox olub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə təxminən 90% çoxdur.

Qeyd edək ki, 2019-cu ildə dünyada 2,21 mln. elektrik nəqliyyat vasitəsi satılıb. Bu, 2018-ci illə müqayisədə 10% çoxdur. Elektromobillər ümumi avtomobil bazarındakı payını 2,1%-dən 2,5%-ə yüksəldə bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR