Elmir Vəlizadə: "Azərbaycan əhalisinin 75%-i genişzolaqlı internet istifadəçisidir"

Elmir Vəlizadə: "Azərbaycan əhalisinin 75%-i genişzolaqlı internet istifadəçisidir"
  • Clock-gray 11:12
  • calendar-gray 04 Dekabr 2019

"Azərbaycan əhalisinin 80%-i internet, onlardan 75%-i isə genişzolaqlı internet istifadəçisidir".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Əşyaların interneti: müasir cəmiyyətin təməli" mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, 2014-cü ildə genişzolaqlı istifadəçilərin sayı ölkə əhalisinin 65%-ni təşkil edirdi.

"2018-ci ildə internetə çıxışı olan bütün ev təsərrüfatlarında xüsusi çəkisi 72,2% təşkil edib ki, bu göstərici dünya üzrə orta və inkişafda olan ölkələr üzrə göstəricidən yüksəkdir. Bu göstərici müvafiq olaraq dünya üzrə 57%-dir, inkişafda olan ölkələr üçün isə 46,7% təşkil edir", - deyə nazir müavini qeyd edib.

O həmçinin bildirib ki, ölkədə mobil sektor dinamik inkişaf edir və hazırda hər 100 nəfərə 112 mobil abunəçi düşür.

"Sektorda üçüncü və dördüncü nəsil xidmətlər göstərilir və beşinci nəsil texnologiyanın tətbiqi üzrə pilot layihəyə başlanılıb", - deyə E. Vəlizadə əlavə edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date