Elmir Vəlizadənin iştirakı ilə onlayn "B2B İCT" forum keçirilib

Elmir Vəlizadənin iştirakı ilə onlayn "B2B İCT" forum keçirilib
# 29 aprel 2020 11:52 (UTC +04:00)

Caspian European Club (CEC) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə onlayn “B2B ICT” forum keçirib.

CEC-dən “APA-Econoics”ə verilən məlumata görə, forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə İKT şirkətlərinin üzləşdikləri problem və təklifləri müzakirə olunub.

E. Vəlizadə çıxış edərkən nazirliyin sahələrin inkişafına xidmət etməli olan konstruktiv dialoqa və açıq əməkdaşlığa hazırlığını vurğulayıb. O həmçinin yerli şirkətlərin dövlət qurumlarının keçirtdikləri tenderlərdə iştirakının zəruriliyini qeyd edib ki, bu da öz növbəsində şirkətlərin rəqabətə davamlı İT məhsullarına ciddi dəstəyin göstərilməsinə gətirib çıxara bilər.

“Mövcud situasiyada daha mühüm məsələ hazırkı kadr potensialını qoruyub saxlamaqdan və yeni nəsil proqramçıların, rabitəçilərin və digər İKT sektoru təmsilçilərinin yetişdirilməsi üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Yerli məzmun təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, İKT sektorunun formalaşdırılmasında da mühüm rol oynayır”, - deyə E. Vəlizadə bildirib.

E. Vəlizadə həmçinin onlayn “B2B İCT” forumda iştirak edən şirkətlərin təkliflərindən ibarət paket hazırlamaq və tanışlıq, həmçinin gələcək strategiyanın işlənməsi məqsədilə onu nazirliyə təqdim etmək təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, beynəlxalq sərgi və digər platformalarda irəli çəkmək məqsədilə nazirliyə Azərbaycan şirkətləri tərəfindən istehsal olunan rəqabətə davamlı İKT məhsulları təqdim etmək təklif olunub.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.

B2B forum – Beynəlxalq biznes-netvorkinq üçün Caspian European Club tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə məlumat verir, bu sahələrin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR