"Facebook" COVID-19 peyvəndləri ilə bağlı dezinformasiyaları siləcək

"Facebook" COVID-19 peyvəndləri ilə bağlı dezinformasiyaları siləcək
# 09 fevral 2021 10:26 (UTC +04:00)

"Facebook" şirkəti öz platformalarından çıxarılacaq COVID-19 haqqında yalan iddiaların siyahısını genişləndirib.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qərar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daxil olmaqla, aparıcı tibb təşkilatları ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla yanaşı, sosial şəbəkə koronavirus əleyhinə peyvəndlə bağlı etibarlı məlumatları təbliğ edəcək.

"Facebook" və "Instagram"da aşağıdakı COVID-19 haqqında yalan iddialar silinəcək:

- COVID-19 insan tərəfindən yaradılıb;

- peyvəndlər xəstəliyin qarşısını almaqda təsirsizdir;

- xəstəlik ona qarşı edilən vaksinasiyadan daha təhlükəsizdir;

- peyvəndlər zəhərlidir;

- peyvəndlər təhlükəlidir və autizmə səbəb olur.

Qeyd olunur ki, "Facebook" və "Instagram" platformalarının moderatorları artıq 2020-ci ilin dekabrından COVID-19 peyvəndləri haqqında yanlış məlumatları silməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR