"Facebook" "Kustomer" CRM startapını satın alır

"Facebook" "Kustomer" CRM startapını satın alır
# 01 dekabr 2020 18:00 (UTC +04:00)

"Facebook Inc." şirkəti "Kustomer" CRM startapını satın alır.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkət öz bloqunda bildirib.

Qeyd olunur ki, hazırda tərəflər tənzimləyicinin təsdiqini gözləyir. Satınalma bitdikdən sonra şirkət tədricən "Kustomer"in məlumatlarını "Facebook"un təhlükəsiz infrastrukturunda yerləşdirməyi planlaşdırır. Hazırda 175 milyondan çox insan şirkətlərlə əlaqə qurmaq üçün "WhatsApp"dan istifadə edir.

Müqavilə müştərilərlə əlaqələrin yaxşılaşdırılmasına və bir kanaldan çox aparılan danışıqları vahid ekranda birləşdirməyə imkan yaradacaq.

Müqavilənin dəyəri acıqlanmasa da, mütəxəssislərin fikrincə, satınalmanın məbləği 1 mlrd. ABŞ dolları təşkil edəcək. Bununla da 194 nəfərlik heyət "Facebook"a qatılacaq.

Qeyd edək ki, 2015-ci ildə yaradılan "Kustomer" platforması sonuncu dəfə 710 mln. dollar dəyərində qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR