Fransada data mərkəzində yanğın milyonlarla veb-saytın işini dayandırıb

Fransada data mərkəzində yanğın milyonlarla veb-saytın işini dayandırıb
# 11 mart 2021 16:37 (UTC +04:00)

Fransanın “bulud” provayderi “OVHcloud”da məxsus data mərkəzdə baş vermiş yanğın nəticəsində milyonlarla veb-sayta ziyan dəydi.

APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, yanğın nəticəsində hökumət portalları, banklar, mağazalar və xəbər saytları ilə yanaşı, “.fr” domenində olan saytların bir hissəsi məhv olub.

Çərşənbə günü gecə yarısından sonra baş verən yanğın Strasburqdakı dörd data mərkəzindən birini məhv edib, birinə isə zərər vurub. Strasburqdakı data mərkəzləri “OVHcloud”un Fransadakı 17, dünyada isə 32 data mərkəzlərinin sırasına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR